Oskar Piastri: “McLaren" Bakıda yüksək yerlər uğrunda mübarizə aparacaq

Bolidlərimizi təkmilləşdirmişik. Komandamız Bakıda yüksək pillələr uğrunda mübarizə aparacaq.
BrendSport.az xəbər verir ki, bu sözləri “McLaren"in pilotu Oskar Piastri Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Avstraliyalı sürücü istədiyi nəticəni qazanmaq üçün risk edəcəyini söyləyib: “Bir neçə il ərzində çox şeyin dəyişdiyini görürük. Müəyyən dövrlərdə eniş yaşadıq. İndi isə ancaq ilk pillələr uğrunda yarışırıq. Sözsüz ki, yaxşı nəticə üçün komanda ruhu da önəmlidir. Bunun üçün çalışacağıq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
Facebook-da paylaş
