Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ferrari" komandasının rəhbəri: "Bizi Bakıda ekstremal yarış gözləyir"



"Bizi Bakıda ekstremal yarış gözləyir. Çünki orada güclü külək var və hərəkəti binaların arasında bir istiqamətdən digərinə doğru tamamilə dəyişir".

BrendSport.az xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının rəhbəri Frederik Vassyor Azərbaycan Qran Prisi barədə danışarkən deyib.

O bildirib ki, Bakıdakı mübarizə həlledici olacaq: "Çünki orada iki təsnifat və iki yarış var. Komanda şəklində daha yaxşı iş görüb, avtomobilin maksimum potensialını üzə çıxarmalıyıq. Bakı planı tamam başqadır. Amma ən əsası, gördüyümüz işdən maksimum nəticə əldə etmək və diqqəti başqalarına deyil, özümüzə yönəltməkdir. Fərqli vəziyyətdə olduğumuzu təsdiqləmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş