Formula 1: Niko Hülkenberq Bakı mərhələsində “MGU-K” mühərrik-generatorunun əvəzlənməsini gözləyir
Melburnda keçirilən Avstraliya Qran-Prisində Niko Hülkenberq yeddinci yer qazanmaqla mövsümdə ilk xalını aktivinə yazdırıb. Lakin bokslara qayıdan dövrədə “Haas”ın pilotu komandanın təlimatına əsasən maşını trasda saxlayıb.
BrendSport.az xəbər verir ki, Hülkenberq yürüşdən sonra bu barədə deyib: “Son dövrədə maşın qısa müddətlik gücünü itirdi. Ötürmələr sinxronlaşdırmadan kənarlaşdı, lakin sonra güc qayıtdı və komanda mənə bolidi finişdən dərhal sonra saxlamağı tapşırdı”.
Məlum oldu ki, qüvvənin itməsinə səbəb “MGU-K” mühərrik-generatorunun imtina etməsi olub.
Ümumiyyətlə, Hülkenberqin bəxti gətirib ki, o, finişə çatıb.
Bakıda növbəti mərhələdə Hülkenberqin bolidində “MGU-K”nı dəyişəcəklər. Çünki bu, mövsümdə ilk əvəzlənmə olduğundan cərimə gözlənilmir. Lakin bu, həyəcan təbilidir: ötən il “Haas”ın maşınlarında “MGU-K” bloku dörd dəfə sıradan çıxmışdı.
Qeyd edək ki, aprelin 28-30-da Bakıda Formula 1 çempionatının Azərbaycan mərhələsi keçiriləcək.
Facebook-da paylaş