Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub
Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.
BrendSport.az xəbər verir ki, yarışa Mingəçevirdə yekun vurulub.
“Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda çempion “Qarabağ” gümüş medalların sahibi “Kür”ün qonağı olub. Bu, rəqiblərin yubiley çempionatındakı 4-cü görüşü idi. Bunadək keçirilən hər üç oyunda “Qarabağ” qalib gəlib.
Mövsümün son matçı meydan sahiblərinin çempion üzərində 36:26 hesablı qələbəsi ilə tamamlanıb. Bu nəticədən sonra “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə bitirib. Aktivində 21 xalı olan “Azəryol” ilk “üçlüy”ü qapayıb.
Facebook-da paylaş