Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əsas böyük ürəyin, mübarizliyin olmasıdır



“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniya “Bayer”i keçirəcəyi oyundan əvvəl deyib.

İşləri ilə bağlı səfərə yollanmayan klub prezidenti komandaya uğurlar arzulayıb: “Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

Tahir Gözəl komandadan əzmkar mübarizə gözlədiyini də söyləyib: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda keçirilən ilk matçda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş