Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yüksək Liqa: “Gəncə” UNEC-i məğlub edib



Qadın veleybolçuların Yüksək Liqasında XIII tura yekun vurulub.

BrendSport.az
xəbər verir ki, turun son görüşündə UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında reallaşan oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Azərreyl” “Murov Az Terminal”ı 3:1, “Abşeron” isə “Milli Aviasiya Akademiyası”nı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla son çempion “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” 27 xalla 3-cü, 18 xallı “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş