Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin üçüncü pillə arzusu, "Zirə" yenə "Qarabağ"ı məğlub edə biləcəkmi?


Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, ilin son matçları paytaxtda baş tutacaq.

“Neftçi” öz meydanında “Kəpəz”i qəbul edəcək. Qələbə sayəsində “ağ-qaralar” qış fasiləsinə üçüncü pillədə yollanacaqlar. Birinci dövrədə Gəncədə uduzan Adrian Mutunun yetirmələri həm də revanş almaq arzusundadırlar.

“Zirə” çempionla oyunda uğursuz seriyaya son qoya biləcəkmi? Son 4 qarşılaşmada qələbə qazana bilməyən Rəşad Sadıqovun yetirmələri artıq bu mövsümdə “Qarabağ”a qalib gəliblər. Komandalar arasında keçirilən ilk qarşılaşmada Ağdam klubu öz meydanında 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, turun açılış matçında “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” eyni hesabla “Səbail”dən güclü olub. Dünəndən təxirə salınan “Turan Tovuz” - “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədən etibarən davam edəcək.

Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr (bazar)
12:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 2:1, matç 81-ci dəqiqədən davam edəcək.

Qollar: Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16 - İsmail Azzaui, 58 (p.)
Baş hakim: Rəvan Həmzəzadə
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Kadiri Mohammed
Baş məşqçi: Azər Bağırov
Tovuz şəhər
stadionu

16:00. “Neftçi” – “Kəpəz”
Baş hakim: Fərid Hacıyev
Neftçi Arena

18:30. “Zirə” – “Qarabağ”
Baş hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 12 qol, Aleksandr Ramalinqom ("Səbail") - 7, Leandro Andrade ("Qarabağ"), Otto Con ("Turan Tovuz") – hər ikisi 6 qol


Facebook-da paylaş

Xəbəri paylaş