Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sumqayıtda Azərbaycan Basketbol Liqasının 4-cü turuna strat verilib



Noyabrın 17-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turunun açılış oyunu və günün ikinci oyunu baş tutub.

BrendSport.az
xəbər verir ki, açılış oyununda Xaçmaz təmsilçisi "NTD-INDIGO" "Xəzri" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "NTD-INDIGO"dan Brendon Votkins (22 xal, 11 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (17 xal, 4 ribaund) olub.

Günün ikinci oyununu izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasileva, həmçinin "Neftçi" futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev də olub.

Qarşılaşmaya üstün başlayan "Neftçi" ev sahibi üzərində 90-73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Smit Roderik (22 xal, 9 ribaund ), "Neftçi"dən Kamran Məmmədov (21 xal, 4 asist) olub.

Qeyd edək ki, 4-cü turun növbəti oyunları ("Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 18 və 19 noyabr tarixlərində baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş