Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Qubada bədii gimnastika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, 28-ci Azərbaycan birinciliyinin açılış mərasiminə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, “Ocaq Sport” klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıblar.
İki gün davam edəcək yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparacaq.d
İdmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) olmaqla 3 yaş kateqoriyasında yarışacaqlar.
Qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşdikdən sonra onlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu, eləcə də 2013-2015-ci il təvəllüdlü gimnastlar da qoşulacaqlar.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "Report"un yerli bürosuna bildirib ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb.
Qeyd edək ki, qalib iştirakçıların mükafatlandırılması mərasimi yarışın ikinci günü keçiriləcək.
Facebook-da paylaş