Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək



Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək.

BrendSport.az
xəbər verir ki, yubiley çempionatında 7-si kişi, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.

Kişilərin 4 dövrədən, 20 turdan ibarət yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biriləri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yerin sahibləri və 5-7-ci pillələrdə qərarlaşanlar dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.

Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar. Yarışın həlledici oyunlarında ilk “4-lük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Ölkə çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş