Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həndbol üzrə Azərbaycan çempionatına start verilib

Həndbol üzrə Azərbaycan çempionatına start verilib


Həndbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib.
Azərbaycan Həndbol Federasiyasından (AHF) BrendSport.az-a bildiriblər ki, çempionatın açılış oyununda Şağan Olimpiya İdman Kompleksində kişilərdən ibarət “Gənclər Birliyi” və “Bakı” komandaları üz-üzə gəliblər.
Oyun “Bakı” kollektivinin 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana qadın həndbolçular çıxıblar. “İdman Akademiyası” komandası ilə görüşən "Qarabağ" klubu qarşılaşmanı öz xeyrinə başa vurub - 43:24.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən federasiyasının vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun salamlarını və bayram təbriklərini yarış iştirakçılarına çatdırıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən O.Abbasov bu gün həndbolçular üçün ikiqat bayram olduğunu xüsusi vurğulayıb.
Orxan Abbasov pandemiya şəraiti ilə əlaqədar uzun sürən fasilədən sonra həndbol üzrə növbəti çempionatın keçirilməsinə göstərilən dəstəkdən danışaraq Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
Yeni mövsümün gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını bildirən federasiya rəsmisi çempionatda yarışan komandalara uğurlar arzulayıb.
Açılış mərasimi başa çatdıqdan sonra kişilərin mübarizəsində U-16 və U-18 İdman Akademiyası komandaları arasındakı görüş heç-heçə başa çatıb - 29:29.
Daha sonra meydançaya çıxan “Azəryol” ilə “Azərsu” kollektivləri arasındakı görüşdə daha inamlı oyun göstərən “Azəryol” rəqibini böyük hesabla məğlub edib - 34:3.
İlk oyun gününün sonuncu "Təhsil" - "Məhsul" matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb - 26:26
Xatırladaq ki, martın 26-da isə “Bakı – “Təhsil”, “Qarabağ” – “Azəryol”, U-18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası”, “Məhsul” – U 16 qarşılaşmaları keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş