Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası oyunlara ən az vaxt əlavə edilən çempionatlar sırasındadır



Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bu mövsüm keçirilən oyunlara əlavə edilmiş dəqiqələrə görə ölkə çempionatlarını sıralayıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahının son sıralarında qərarlaşıb.

Araşdırmaya əsasən, cari mövsümün ilk 5 turunda keçirilən 24 matçda ümumilikdə 98 dəqiqə 23 saniyə əlavə vaxt oynanılıb. Premyer Liqa bununla 72 çempionat arasında 59-cu pillədədir.

Cədvəlin ilk iki sırasında Səudiyyə Ərəbistanı liqaları qərarlaşıb. Hakimlər I Divizion matçlarında ümumilikdə 106 dəqiqə 52 saniyə, Pro Liqa görüşlərində isə 106 dəqiqə 2 saniyə əlavə vaxta ehtiyac duyublar.

İlk “üçlüy”ü 105 dəqiqə 40 saniyə əlavə vaxtla Qətər yüksək liqası qapayıb.


Facebook-da paylaş

Xəbəri paylaş