Azərbaycanda başa çatan mövsümdə ən çox oyun idarə etmiş futbol hakimləri
Futbol üzrə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 2022/2023 mövsümündə ən çox oyun idarə etmiş hakimlər bəlli olub.
BrendSport.az xəbər verir ki, siyahının ilk pilləsində FIFA referisi Əliyar Ağayev qərarlaşıb.
35 yaşlı ədalət təmsilçisi 18 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib. Ağayev 16 dəfə çempionat, 2 dəfə kubok matçında əsas referi kimi iş başında olub.
Digər FIFA referisi Elçin Məsiyev və Fərid Hacıyev (hər ikisi 17) 2-3-cü yerləri bölüşdürürlər.
Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 180, ölkə kubokunda 19 qarşılaşma gerçəkləşib. Bütün görüşləri ümumilikdə 18 ədalət təmsilçisi idarə edib.
1. Əliyar Ağayev - 18 (Premyer Liqa - 16, ölkə kuboku - 2)
2-3. Fərid Hacıyev - 17 (Premyer Liqa - 16, ölkə kuboku - 1 )
2-3. Elçin Məsiyev - 17 (Premyer Liqa - 15, ölkə kuboku - 2)
4-7. İnqilab Məmmədov - 16 (Premyer Liqa - 13, ölkə kuboku - 3)
4-7. Rəvan Həmzəzadə - 16 (Premyer Liqa - 14, ölkə kuboku - 2)
4-7. Rəşad Əhmədov - 16 (Premyer Liqa - 15, ölkə kuboku 1)
4-7. Tural Qurbanov - 16 (Premyer Liqa - 16)
8. Rauf Allahverdiyev - 14 (Premyer Liqa - 13, ölkə kuboku - 1)
9. Rauf Cabarov - 13 (Premyer Liqa - 12, ölkə kuboku - 1)
10-12. Nicat İsmayıllı - 11 (Premyer Liqa - 10, ölkə kuboku - 1)
10-12. Cavid Cəlilov - 11 (Premyer Liqa - 11)
10-12. Kamal Umudlu - 11 (Premyer Liqa - 11)
13. Kamranbəy Rəhimov - 9 (Premyer Liqa - 8, ölkə kuboku - 1)
14. Vüqar Həsənli - 8 (Premyer Liqa - 7, ölkə kuboku - 1)
15-16. Əli Əliyev - 2 (Premyer Liqa 1, ölkə kuboku - 1)
15-16. Emin Əliyev - 2 (Premyer Liqa - 1, ölkə kuboku - 1)
17-18. Səbuhi Bayramov - 1 (Ölkə kuboku - 1)
17-18. Kamran Əliyev - 1 (Premyer Liqa - 1)
Facebook-da paylaş