Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ASCO-nun rəhbəri “Səbail”in məşqçi və futbolçuları ilə görüşüb



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, R.Vəliyev klubda islahatların uğurla davam etdirildiyini, oyunçu heyətinin yeniləndiyini diqqətə çatdırıb.

O bildirib ki, əsas məqsəd raqəbət apara biləcək güclü komandanın formalaşdırılmasıdır. Son oyunların nəticələrinin ürəkaçan olduğunu söyləyən Müşahidə Şurasının sədri “Səbail”in bundan sonra da gözləntiləri doğruldacağına inandığını bildirib. O, qarşıya qoyulan strateji hədəflərdən danışaraq, “Səbail”in gücləndirilməsi, sabit oyun nümayiş etdirməsi və uğurlu nəticə göstərən komanda kimi formalaşması üçün ASCO-nun lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Müşahidə Şurasının sədri həmçinin klubdakı problemlərə toxunub və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məşqçi heyətinə müvafiq tapşırıqlarını verib.

Rauf Vəliyev “Səbail”ə növbəti oyunlarda uğurlar arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş