Texniki Universitet “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlığa başlayır
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və İdarə Heyətinin üzvü, təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmovla görüşüb.
AzTU-dan BrendSport.az -a bildirilib ki, rektor qonaqlara universitetdə aparılan islahatlar haqqında ətraflı məlumat verib. Bildirib ki, əsas hədəflərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin biznes modelinin yaradılmasıdır. Tələbələrin gələcəkdə uğurlu karyeraya sahib olmaları istiqamətində AzTU-nun “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlıqda maraqlı olduğu qeyd olunub.
Nihad Allahyarlı hərəkatla AzTU-nun əməkdaşlıq istiqamətləri, eyni zamanda, birgə fəaliyyət nəticəsində tələbələrlə bağlı uğurlu işlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Facebook-da paylaş