"Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb
2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun ümumi yığıncağı keçirilib.
BrendSport.az xəbər verir ki, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib.
Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.
Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
İdarə Heyətinin tərkibi
Ramin Axundov – Sədr // Prezident
Nurlan Həsənov
Ceyhun Məmmədov
İmran Kələşov
Müşahidə Şurasının tərkibi
Vüqar Abbasov – sədr
Orxan Hüseynov – sədr müavini
Taleh İbrahimov – üzv
Elxan Babayev – üzv
Rövnəq Xəlilov – üzv
Mahir Şıxəliyev – üzv
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.
Facebook-da paylaş