Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AİJA-nın prezidentinə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub

AİJA-nın prezidentinə Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub

Mətbuat Şurasında (MŞ) Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) nümayəndələri ilə görüş olub.
BrendSport.az xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid AİJA təmsilçilərini salamlayaraq, assosiasiyanın prezidenti, Əməkdar jurnalist Eldar İsmayılovun mətbuatımızın inkişafındakı xidmətlərini xüsusi vurğulayıb, ona anadan olmasının 75 illiyi münasibətilə xüsusi mükafat təqdim edib.
AİJA prezidenti E.İsmayılov mükafata görə Mətbuat Şurasının rəhbərliyinə təşəkkür edib.
AİJA-nın baş katibi, İdman Azərbaycan telekanalının direktoru Rövşən Binnətli, təşkilatın həmtəsisçisi və birinci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə, vitse-prezidentlər Natiq Nəsirov, Anar Şabanoğlu, AİJA Güləş komissiyasının sədri, Əməkdar məşqçi, “Olimp sport” jurnalının və saytının baş redaktoru Ramin Allahverdiyev assosiasiyanın fəaliyyətindən, son 3 ildə həyata keçirdiyi əhəmiyyətli layihələrdən söhbət açıblar.
Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Vüqar Zifəroğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Yeganə Hacıyeva, Tahir Aydınoğlu və İlqar Tağıyev yubilyarı təbrik ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş