Əsas Səhifə > Ölkə idmanı > "Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb
"Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb12-07-2023, 15:30 |
2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun ümumi yığıncağı keçirilib. BrendSport.az xəbər verir ki, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib. Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər. İdarə Heyətinin tərkibi Ramin Axundov – Sədr // Prezident Nurlan Həsənov Ceyhun Məmmədov İmran Kələşov Müşahidə Şurasının tərkibi Vüqar Abbasov – sədr Orxan Hüseynov – sədr müavini Taleh İbrahimov – üzv Elxan Babayev – üzv Rövnəq Xəlilov – üzv Mahir Şıxəliyev – üzv Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir. Geri qayıt |