UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiya"nı qəbul edəcək
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.
Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Səfərdəki ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Facebook-da paylaş