Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın Bakıdakı oyunu ispaniyalı hakimə tapşırılıb



"Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüş avqustun 24-də gerçəkləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş