"Qəbələ" Azərbaycan millisinin sabiq qapıçısını heyətinə qatıb
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
BrendSport.az xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.
Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Əzizli U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
Facebook-da paylaş