Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah”dan ayrılan futbolçu: “Arzum hamı ilə meydanda vidalaşmaq idi”



“Arzum hamı ilə meydanda vidalaşmaq idi”.

BrendSport.az
xəbər verir ki, bunu “Sabah”dan ayrılaraq Portuqaliya klubu “Tondela”ya keçən Abdulaye Ba sosial şəbəkə səhifəsindəki paylaşımında yazıb.

32 yaşlı mərkəz müdafiəçisi vida mesajında kluba və azarkeşlərə minnətdarlığını bildirib: “Məni müşayiət edən, dəyər verən, yaxşı-pis günümdə başa düşən hər bir həmkarıma, gündəlik həyatı və məşqi bölüşdüyüm məşqçi heyətinə, klub işçilərinə təşəkkürümü bildirirəm. Klubda işləyən, hər həftəsonu kameralara görünməyən şəxslərə minnətdaram. Masazırda meydana çıxdığım ilk gündən mənə dəstəyini, hörmətini, sevgisini göstərən azarkeşləri də unutmamışam”.

Seneqallı oyunçu “Sabah”ı heç vaxt unutmayacağını sözlərinə əlavə edib: “Məqsədimə çatdığımı və son günə qədər əlimdən gələni etdiyimi hiss edərək ayrılıram. Bu 10 ayı yaddaşımda saxlayacağam. Çünki 32 yaşım olsa da, hələ də öyrənirəm və sizinlə çox şey öyrəndim. Hamını qucaqlayıram, klubu ürəyimdə daşıyacağam”.

Qeyd edək ki, Abdulaye Ba 2022/2023 mövsümündə “Sabah”ın heyətində Premyer Liqada keçirdiyi 22 oyunda 2 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş