"Turan Tovuz"un bombardiri Bolqarıstan klubuna keçib
Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan Runi Eva Bolqarıstanın "MOİK 1948" komandasına keçib.
BrendSport.az xəbər verir ki, kamerunlu hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla "Turan Tovuz"un bombardiri olub.
Facebook-da paylaş