Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Turan Tovuz”un futbolçusu Premyer Liqada son səkkiz mövsümün rekorduna imza atıb

“Turan Tovuz”un futbolçusu Premyer Liqada son səkkiz mövsümün rekorduna imza atıb

“Turan Tovuz”un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb. O, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

BrendSport.az
Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, kamerunlu hücumçu cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014-2015-ci il mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.


Facebook-da paylaş

Xəbəri paylaş