Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub. “Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Bu, 2022/2023-cü il mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.
Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.
Facebook-da paylaş