Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb

Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
BrendSport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna "Neftçi" klubu nail olub.
"Ağ-qaralar"ın daha üç futbolçusu Premyer Liqanın cari mövsümündə qol hesabını açıb. XX turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn komandanın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunda çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008-2009-cu il mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşayıb.
Son ölkə çempionunun əvvəlki rekordu 16-ya bərabər olub. 2008-2009-cu və 2013-2014-cü il mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.


Facebook-da paylaş

Xəbəri paylaş