Əsas Səhifə > Maraq > Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb21-03-2022, 12:37 |
Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. BrendSport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna "Neftçi" klubu nail olub. "Ağ-qaralar"ın daha üç futbolçusu Premyer Liqanın cari mövsümündə qol hesabını açıb. XX turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn komandanın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunda çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb. Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008-2009-cu il mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşayıb. Son ölkə çempionunun əvvəlki rekordu 16-ya bərabər olub. 2008-2009-cu və 2013-2014-cü il mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər. Geri qayıt |