Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, ilin və XVIII turun sonuncu oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Zirə”nin heyətində Rəhim Sadıxov və Sertan Taşkın fərqləniblər. Gəncə təmsilçisinin qollarını isə Fərid Nəbiyev və Nicat Süleymanov vurublar.
Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub. 57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.
Facebook-da paylaş