“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb
Ağdamın “Qarabağ” klubunun hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Azərbaycan Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb. Bu, XXVI turun “Səbail”lə matçında baş verib.
BrendSport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, 3:0 hesablı qələbəyə bir topla töhfə verən M.Qurbanlı 18-ci dəfə fərqlənib. R.Şeydayevin aktivində 17 qol var.
Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012-2013-cü il mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.
Facebook-da paylaş