Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin legioneri: "Hələlik istədiyimiz alınmır"



"Bu, bizim üçün təlim-məşq xarakteri daşıyır. Hələlik istədiyimiz alınmır. Təbii ki, bu heç də xoş deyil".

BrendSport.az
xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Solomon Kverkveliya Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Match TV" kuboku barədə "Sport24.ru" saytına açıqlamasında deyib.

Gürcüstanlı müdafiəçi turnirin yaxşı təşkil olunduğunu bildirib: "Burada güclü klublar iştirak edirlər".

Vaxtilə "Rubin", "Nefteximik", "Lokomotiv" (Moskva) və "Rotor" komandalarının formasını geyinmiş 31 yaşlı oyunçu "Yenidən bu ölkəyə qayıtmaq istərdinizmi" və "Rusiyadan təklif almısınızmı" suallarına "Bilmirəm" deyə cavab verib.

Qeyd edək ki, "Neftçi" "Match TV" kubokundakı ilk oyununda yerli "Zenit"ə 1:3, ikinci matçında isə Serbiya "Srvena Zvezda"sına 0:4 hesabı ilə uduzub. "Ağ-qaralar" turnirdə son görüşünü iyulun 15-də Türkiyə "Fənərbağça"sına qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş