"Match TV" turniri: "Neftçi" bu gün Serbiya nəhəngi ilə qarşılaşacaq
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq.
Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
"Match TV" turniri
8 iyul
20:30. "Neftçi" (Azərbaycan) -
Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
Var hakimi: Nikolay Voloşin
Sankt-Peterburq, "Smena" stadionu
Qeyd edək ki, "Neftçi" turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit"inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.
Facebook-da paylaş