Rusiyalı futbolçu: “Neftçi” öz liqasının liderlərindəndir”
“Neftçi”, “Fənərbağça” və “Srvena Zvezda” öz liqalarının liderlərindəndir”.
BrendSport.az xəbər verir ki, bunu Rusiyanın “Zenit” klubunun futbolçusu İvan Sergeyev Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirindəki rəqibləri barədə danışarkən deyib.
28 yaşlı hücumçu yerli mətbuata açıqlamasında yarışın onlara fayda verəcəyini bildirib: “Rusiyaya üç fərqli ölkədən - Azərbaycan, Türkiyə və Serbiyadan komandalar gələcəklər. Buna görə də, turnir maraqlı mübarizə vəd edir. Ümid edirəm ki, oyunlara çox azarkeş gələcək. Ümumiyyətlə, həm təlim-məşq toplanışının, həm də turnirin Sankt-Peterburqda keçirilməsi yaxşı haldır. Bu, Superkubok matçına hazırlaşmaq üçün ideal variantdır. Həm də digər çempionatların təmsilçiləri ilə özümüzü müqayisə etmək imkanımız olacaq”.
Qeyd edək ki, “Neftçi” turnirdə ilk oyununu iyulun 1-də məhz “Zenit”ə qarşı keçirəcək. Azərbaycan klubu ayın 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.
Facebook-da paylaş