"Neftçi" rəsmisi: "Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif almışıq"
"Rusiyadakı turnirdə iştirakla bağlı "Zenit" klubundan bizə rəsmi dəvət gəlib".
BrendSport.az xəbər verir ki, klub rəsmisi hələlik qərar verilmədiyini bildirib: "Çünki bu, təlim-məşq toplanışının planlarını dəyişir. Çox güman ki, Azərbaycan Kubokunun finalından sonra məsələyə yenidən qayıdacağıq. Hazırda bunun üzərində çox düşünmürük. Turnirə getsək, toplanışı Rusiyada keçməliyik. Bunun üçün orada şərait olmalıdır".
Qeyd edək ki, "Zenit"in prezidenti Aleksandr Medvedev iyulda Türkiyənin "Fənərbağça", Serbiyanın “Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözlədiklərini söyləyib.
Facebook-da paylaş