Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” və “Qəbələ” 9 ildən sonra Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar



“Neftçi” və “Qəbələ” 9 ildən sonra Azərbaycan Kubokunun finalında üz-üzə gələcəklər.

BrendSport.az
xəbər verir ki, bu, sayca 31-ci ölkə kubokuna təsadüf edəcək.

İyunun 3-də baş tutacaq oyun bu komandalar arasında ümumilikdə ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013/2014 mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.

Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş