Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək

Bu gün Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında ikinci finalçı müəyyənləşəcək.

BrendSport.az
xəbər verir ki, yarımfinalın növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edəcək.
Komandalar arasında keçirilmiş ilk matçda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb. Baş məşqçi Elmar Baxşıyevin komandasına finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Səbail” isə mütləq qələbə qazanmalıdır.
FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 20:00-da başlayacaq.
Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq.
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş