Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Voleybol Federasiyası (AVF) Şirvanda 28 May - Müstəqillik Günü münasibətilə seleksiya xarakterli yarış keçirib.




Mayın 24-də start götürən turnirdə 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, ümumilikdə 8 qız və 16 oğlan komandasının mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələyə Hacıqabul, final matçlarına isə Şirvan ev sahibliyi edib.
Bu gün final qarşılaşmalarından əvvəl AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, Şirvan İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Daha sonra Şirvan Olimpiya Kompleksində yarışın rəsmi açılış mərasimi baş tutub. Çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir turnirin təşkilinə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. Şirvanda voleybolun inkişafından danışan İ.Abbasov bu cür yarışların yeniyetmə və gənc idmançılar üçün stimul olduğunu vurğulayıb. O, şirvanlı voleybolçuların da gələcəkdə milli komandalarımızda çıxış edəcəklərinə inandığını deyib.
AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çıxış edərək bütün yarış iştirakçılarını salamlayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkür edib. O, federasiyanın müxtəlif bölgələrdən olan istedadlı yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri bundan sonra da davam etdirəcəyini vurğulayıb, bu məqsədlə nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. B.Quliyev final iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra həlledici qarşılaşmalara start verilib.
Qızların finalında Hacıqabulun Meynəman kənd orta məktəbinin komandası və Hacıqabul şəhər 2 saylı orta məktəbin kollektivi üz-üzə gəliblər. Maraqlı keçən bu matçda Hacıqabul şəhər 2 saylı orta məktəbin qızları 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıblar. Meynəman kənd orta məktəbinin komandası isə gümüş medalla kifayətlənməli olub. Üçüncü yeri isə Hacıqabul şəhər 1 saylı orta məktəbin qızları tutub.

Oğlanların final matçı Hacıqabul şəhər 3 saylı orta məktəbin komandası və Hacıqabul şəhər 2 saylı orta məktəbin komandası arasında olub. Bu görüşdə 2:1 hesabı ilə qələbə qazanan Hacıqabul şəhər 2 saylı orta məktəbin komandası yarışın çempionu olub. Hacıqabul şəhər 3 saylı orta məktəbin komandası isə gümüş medala sahib çıxıb. Turnirin bürünc mükafatını isə Hacıqabul şəhər 9 saylı orta məktəbin komandası qazanıb.

Qaliblərə kubok və medallar təqdim olunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov AVF-nin vitse-prezidenti Bəhruz Quliyevə xatirə hədiyyəsi təqdim edib və federasiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş