Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirib.



28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparıblar.

İlk olaraq AVF-nin nümayəndələri və voleybol mütəxəssislərinin iştirakı ilə məşqçilərlə görüş keçirilib. Görüşdə voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışılıb. Tədbirdə hakimlər bugünkü yarışın qaydaları haqqında məlumat veriblər.

Daha sonra oyunların püşkatması keçirilib və qarşılaşmalara start verilib.
Final qarşılaşmalarından əvvəl isə yarışın rəsmi açılış mərasimi olub. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Müşviq Cəfərov, federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Şahin Bağırov yarışın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Ş.Bağırov paytaxtla yanaşı, regionlarda da voleybolun inkişafı üçün görüləcək tədbirlərdən danışıb. Bu idman növünün ölkədə daha da populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəyini vurğulayıb. AVF rəhbəri finalda mübarizə aparacaq komandalara uğurlar arzulayıb.
Çıxış edən digər qonaqlar oyunların maraqlı mübarizədə keçdiyini, regionlarda da bu cür yarışların təşkilinin sevindirici hal olduğunu bildiriblər. Qonaqlar yeniyetmə və gənc voleybolçuları gözəl oyun münasibətilə təbrik edib, final görüşlərində uğurlar arzulayıblar.
Bədii hissədən sonra həlledici qarşılaşmalara start verilib. Qızların final matçında "Mingəçevir" və "Naftalan" komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən "Mingəçevir" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub. Bürünc medalları isə "Goranboy-2" komandası qazanıb.

Oğlanların finalı "Mingəçevir" və "Goranboy" komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Goranboy komandası yarışın qızıl medalına sahib çıxıb.
Sonda qaliblərə kubok və medallar təqdim olunub.
Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc bu müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş