Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Səbail” – “Neftçi” matçı qollu heç-heçə ilə başa çatıb

“Səbail” – “Neftçi” matçı qollu heç-heçə ilə başa çatıb


Aprelin 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI tur çərçivəsində “Səbail” klubu “Neftçi”ni qəbul edib.
BrendSport.az xəbər verir ki, “ASCO Arena”da oynanılan matç qollu heç-heçə ilə başa çatıb – 1:1.
Matçda “Səbail”in heyətində Maksim Çex, rəqib komandadan isə Yeqor Boqomolski fərqləniblər.
Hesabında 61 xal olan “Neftçi” turnir cədvəlində üçüncü, “Səbail” isə 22 xalla sonuncu – onuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. “Sabah” səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib.
Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş