Azərbaycan kuboku yarışlarında son 14 mövsümün rekordu təkrarlanıb
Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, yarımfinalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015-2016-cı və 2016-2017-ci) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008-2009-cu il mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994-1995-ci il mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
Facebook-da paylaş