Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Olimpiadası bir sıra tədbirlərlə başa çatacaq

Tokio Olimpiadası bir sıra tədbirlərlə başa çatacaq

Tokio Olimpiya Oyunları avqustun 8-nə planlaşdırılan bir sıra tədbirlərlə başa çatacaq.
BrendSport.az xəbər verir ki, həmin gün səhər Sapporoda kişilər arasında marafon yarışı keçiriləcək. Qaçışçılar Sapporonun “Odori” parkında başlayacaq və yekunlaşacaq marşrut üzrə yarışacaqlar.
Qadınlar arasında basketbol üzrə final oyunu ABŞ və Yaponiya komandaları arasında keçiriləcək. Yaponiya komandası ilk dəfədir ki, bu yarışların final mərhələsinə adlaya bilib. ABŞ komandası isə artıq yeddinci dəfədir ki, Olimpiya Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Bazar günü, həmçinin velotrek və bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.
Tokio XXXII Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi yerli vaxtla saat 20:00-da Milli Olimpiya stadionunda keçiriləcək.
“Bizim bölüşdüyümüz dünya” adlı mərasimin təşkilatçıları insanların koronavirus pandemiyasına görə qapalı mühitdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, eyni hissləri yaşadığını bir daha nümayiş etdirməyə çalışacaqlar.
Həmçinin bildirilir ki, təşkilatçıların qənaətinə görə bağlanış mərasimi, eyni zamanda, tezliklə başlayacaq Paralimpiya Oyunlarının startına çevriləcək.
Bağlanış mərasiminin ən parlaq anlarından birinin isə Olimpiya estafetinin “Tokio-2020”dən “Paris-2024”ə ötürülməsi olacaq.
Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verəcək.


Facebook-da paylaş

Xəbəri paylaş