Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniya millimizlə oyuna yeni heyət gətirir



Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Avro-2017-də yığmamızın rəqibi olan Bundestimin baş məşqçisi Feliks Kozlovski güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

O, təcrübəlilərin və ölkə xaricində oynayan voleybolçuların əksəriyyətindən imtina edib. Kozlovskinin ölkəmizə gətirəcəyi heyətin 50 faizi – 7 nəfəri Avropa çempionatında debüt görüşünə çıxa bilər. Bunlar İrina Kemmisi, Mari Şoeltsel, Liza Qründinq, Leoni Şvertmann, Luiza Lippmann, Tanya Qrosser və Anna Poqanidi. Komandada orta yaş həddi isə 24,6-dı.

Almanlar Bakıya sentyabrın 20-də gələcəklər.

Toppaylayıcılar: Deniz Hanke (“Şverin”), İrina Kemmisi (“Viesbaden”)
Blokçular: Mari Şoeltsel (“Şverin”), Cennifer Pettke, Leoni Şvertmann (hər ikisi “Rote Raben”), Liza Qründinq (“Potsdam”)
Hücumçular: Luiza Lippmann (“Şverin”), Lena Stiqrot (“Rote Raben”), Maren Fromm (“Çanakkale”, Türkiyə), Jennifer Qirties (“Şverin”), Yana-Fransiska Poll (“Piraus”, Almaniya), Tanya Qrosser (“Viesbaden”)
Liberolar: Lenka Dürr (“Tarqovitse”, Rumıniya), Anna Poqani (“Pfeffingen”, İsveçrə)

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş