Əsas Səhifə > Olimpiya > Almaniya millimizlə oyuna yeni heyət gətirir
Almaniya millimizlə oyuna yeni heyət gətirir15-09-2017, 11:07 |
Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Avro-2017-də yığmamızın rəqibi olan Bundestimin baş məşqçisi Feliks Kozlovski güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib. O, təcrübəlilərin və ölkə xaricində oynayan voleybolçuların əksəriyyətindən imtina edib. Kozlovskinin ölkəmizə gətirəcəyi heyətin 50 faizi – 7 nəfəri Avropa çempionatında debüt görüşünə çıxa bilər. Bunlar İrina Kemmisi, Mari Şoeltsel, Liza Qründinq, Leoni Şvertmann, Luiza Lippmann, Tanya Qrosser və Anna Poqanidi. Komandada orta yaş həddi isə 24,6-dı. Almanlar Bakıya sentyabrın 20-də gələcəklər. Toppaylayıcılar: Deniz Hanke (“Şverin”), İrina Kemmisi (“Viesbaden”) Blokçular: Mari Şoeltsel (“Şverin”), Cennifer Pettke, Leoni Şvertmann (hər ikisi “Rote Raben”), Liza Qründinq (“Potsdam”) Hücumçular: Luiza Lippmann (“Şverin”), Lena Stiqrot (“Rote Raben”), Maren Fromm (“Çanakkale”, Türkiyə), Jennifer Qirties (“Şverin”), Yana-Fransiska Poll (“Piraus”, Almaniya), Tanya Qrosser (“Viesbaden”) Liberolar: Lenka Dürr (“Tarqovitse”, Rumıniya), Anna Poqani (“Pfeffingen”, İsveçrə) Qeyd edək ki, Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq. Geri qayıt |