Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tennisçilərimiz Yeniyetmələrin III Yay Olimpiya oyunlarına yola düşür



6 - 18 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək 2018 Yeniyetmələrin III Yay Olimpiya oyunlarında Azərbaycanı 9 idman növü üzrə 18 idmançı təmsil edəcəkdir. Ölkəmizin təmsil oldunduğu idman növləri içərisində stolüstü tennis də yer alır. Hər ölkəyə stolüstü tennis idman növü üzrə ayrılan maksimum iki lisenziyanı qazanan idmançılarımız Ning Jing və Yu Xinhang baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Buenos-Ayrese səfər edəcəklər.

Bu gün idman zalında Federasiya kollektivi və yığma komanda idmançılarımızı Buenos Ayresə yola salma münasibəti ilə toplaşmışdılar. Federasiyanın vitse – prezidenti Fazil Məmmədov idmançılarımıza Yeniyetmələrin III Yay Olimpiyalarında uğurlar arzuladı və Beynəlxalq dərəcəli hakim adını qazanan Sara Sultanova və Xəyalə Qiyasovaya Beynəlxlaq Stolüstü Tennis Federasiyasının dərəcə nişanlarını təqdim etdi.





Facebook-da paylaş

Xəbəri paylaş