Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Azərbaycan 7 medalla 30-cu pillədə



Paris-2024 Yay Olimpiya Oyunlarında son günə yekun vurub.

BrendSport.az
xəbər verir ki, olimpiadada 16 gündə 329 dəst medal öz sahibini tapıb.

Azərbaycan yığması Oyunları 30-cu pillədə başa vurub. Millimiz Fransa paytaxtında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib çıxıblar. Paris-2024-də cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

Olimpiya Oyunlarında 91 ölkənin idmançıları fəxri kürsüdə yer alıb. Onlardan 63-ü ən yüksək əyarlı medala sahib çıxıb. Cədvələ 126 medalla ABŞ başçılıq edib. Amerikalılar 40 qızıl, 44 gümüş və 42 bürüncə yiyələniblər. Çinin hesabında 40 qızıl olsa da, onlar ümumi say hesabına görə liderdən geri qalıblar. "Üçlüy"ü Avstraliya qapayıb.


Facebook-da paylaş

Xəbəri paylaş