Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoda ikinci final, 4-cü medal



Taekvondoçu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

BrendSport.az
xəbər verir ki, Olimpiadalar tarixində ikinci dəfə Azərbaycan idmançısı bu növdə finala vəsiqə qazanıb.

Buna nail olan ilk idmançı Radik İsayev olub. O, Rio-2016-da +80 kq çəkidə qızıl medal qazanıb.

Artıq mükafatı təmin edən Qaşım taekvondo yığmamızın 4-cü medalını hesabına yazacaq. Radikin qızılından başqa idmançılarımız iki bürünc əldə edib. Milad Beiqi Harçeqani 80 kq, Patimat Abakarova 49 kq çəkidə fərqlənib. Qaşıma qədər bütün medallar Rio-2016-da əldə olunub.

Qeyd edək ki, Maqomedov 58 kq çəkidəki final döyüşünə bu gün çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş