Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib


Azərbaycan taekvondoçusu Patimat Abakarova (49 kq) Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

BrendSport.az
xəbər verir ki, Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkib. Görüş milli komandamızın üzvünün qələbəsi ilə başa çatıb və təmsilçimiz səkkizdəbir finala yüksəlib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş