Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Azərbaycanlı futbolçuların Çempionlar Liqası təcrübəsi var"



"Millətlər Liqası bizim üçün də önəmlidi". Bu sözləri Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib.
Millətlər Liqasında Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan maltalılar bu ay yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Belə ki, komanda ayın 22-də evdə Lüksemburqla, 4 gün sonra isə Türkiyədə Finlandiya ilə üz-üzə gələcək.

Maltanın çalışdırıcısı Saintfit "wort.lu" saytına müsahibəsində Millətlər Liqasında yer aldıqları qrupu dəyərləndirib. Söhbət əsnasında Azərbaycan millisi haqda da danışan 45 yaşlı mütəxəssis qrupun ən güclüsünün Kosovo yığması olduğunu bildirib: "Əksəriyyət San-Marino və Cəbəllütariqlə eyni qrupa düşmək istəyirdi. Amma bunu dilə gətirmək həmin komandalara qarşı hörmətsizlikdi. Bizim qrupun ən yaxşısı Kosovodu. Azərbaycan millisində "Qarabağ"ın çoxlu futbolçusu oynayır. Bu klub isə Çempionlar Liqasının qrupunda iştirak edib, yəni onların təcrübəsi var. Bir sözlə, çətin qrupda yer almışıq".
Bununla belə, Saintfit bütün oyunlara qələbə üçün çıxacaqlarını deyib: "Düzdü, Malta son 50 ildə seçmə mərhələdə cəmi 5 oyunda qalib gəlib. Buna rəğmən, qrupda heç olmasa 2 qələbə, 1 heç-heçəyə imza atacağımıza ümid edirəm. İkinci və ya üçüncü ola bilərik. Qrup sonuncusu olmaq istəmirik".

Qeyd edək ki, Millətlər Liqasında sentyabrın 7-də Farer adalarının qonağı olacaq Malta 3 gündən sonra millimizi qəbul edəcək.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş