Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



MOK rəsmisi ANOC-un missiya rəhbərlərinin 2-ci seminarında iştirak edib


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev 5-12 avqust tarixlərində İndoneziyada yerləşən Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin 2-ci seminarına qatılıb.

BrendSport.az
xəbər verir ki, yarışların keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin yarışların açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akreditasiya, atletərin qeydiyyatı və yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib. Missiya rəhbərlərinin Oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də, Bali 2023 barədə ən son məlumatlar ilə tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.
Məlumat üçün bildirək ki, Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi edən qlobal çox idmanlı bir tədbirdir. Doha-2019-da ölkəmizi 7 idmançı təmsil edilib. Azərbaycan komandası çimərlik oyunlarında 4 gümüş 1 bürünc medal olmaqla ümumillikdə 5 medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş