MOK-un əməkdaşı EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Sloveniyanın Maribor şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərlərinin görüşündə iştirak edir.
BrendSport.az xəbər verir ki, festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən iştirakçılar yarışların baş tutacağı məkanlar, atletlər kəndi ilə yaxından tanış olublar.
Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, hələlik Azərbaycandan 6 növ üzrə (gimnastika, cüdo, üzgüçülük, velosiped, tennis və atletika) ümumilikdə 37 idmançı yarışlarda iştirak hüququ qazanıb.
Bakı 2019-cu ildə Gənclərin Yay Olimpiya Festivalına ev sahibliyi edib. Cari ildə yarış iyulun 23-29-da Mariborda keçiriləcək.
Facebook-da paylaş