Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yuki Sunoda: Bakı mərhələsində düz yolda daha sürətli olmalıyıq

Yuki Sunoda: Bakı mərhələsində düz yolda daha sürətli olmalıyıq

Formula 1 çempionatının “Alpha Tauri” komandasının pilotu Yuki Sunoda etiraf edib ki, yürüşdə düz yollar onun komandasının əsas zəif yeridir.

BrendSport.az
xəbər verir ki, “Autosport” nəşri Yuki Sunodanın bu sözlərini sitat gətirir: “Sprint tam ağlasığmaz olacaq. Eyni zamanda, Avstraliya mərhələsində maşınımda ön müqavimət çox böyük, düz yolda sürət isə sadəcə həddən artıq idi. Beləliklə, Bakıda düz yollarda ən sürətli olmaqdan ötrü biz ən azından bolidi qanadsız idarə etməliyik.

Mən Avstraliyada beşinci ola bilərdim. İnsidentlər mənim arxamda baş verirdi, çünki mən startı əla keçirdim, birinci döngədə haradasa altı pilotu geridə qoydum. Beləliklə mən qəzasız beşinci və altıncı ola bilərdim. Mənim kefim bir az pozuldu. Lakin onuncu yer də əla nəticədir. Mən əvvəlcə gözləmirdim ki, finişdə xal qazana bilərəm”.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş